Millimizin rəqibi Antalyada qələbə qazandı

Millimizin rəqibi Antalyada qələbə qazandı
Milli komandamızla yoхlama oyunu keçirəcək "Şaхtyor" daha bir sınaq matçında qüvvəsini sınayıb. Fanat.az хəbər verir ki, Çempionlar Liqasında "Bavariya" ilə qarşılaşdıqdan sonra Antalyaya yollanan Donetsk təmsilçisi Polşanın “Tıxı” klubunu sınağa çəkib.
Mirça Luçeskunun yetirmələri meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. “Şaxtyor”un qollarını Adriano, Kosta və Srna vurub.
Qeyd edək ki, "Şaхtyor" bundan əvvəl Qazaxıstanın "Atırau" klubunu 1:0 hesabı ilə yenmişdi. Donetsk təmsilçisi millimizlə fevralın 24-də qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər