Fevralın 13-dən etibarən 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışındadı.
Fanat.az xəbər verir ki, hazırlıq prosesində yığmamız “Pardinyes” klubunun U-21 komandası ilə yoldaşlıq oyunu keçirərək 3:2 hesablı qələbə qazanıb. Sevinc Cəfərzadənin dubl etdiyi oyunda digər qolun müəllifi Nərgiz Hacıyeva olub.
Fanat.az