İrlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.az хəbər verir ki, millimiz İrlandiyanın müvafiq yaş qrupundan olan komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan və İrlandiya milliləri arasında fevralın 25-də keçirilən ilk oyunda rəqib 6:0 hesablı qələbə qazanıb. Fevralın 16-da 22-dək Finlandiyada təlim-məşq toplanışında olan yığmamız bu ölkənin U-19 komandası ilə iki oyun keçirib - 1:1, 2:2. Komandamızın fevralın 23-də İrlandiyada başlayan təlim-məşq toplanışı sabah başa çatacaq.
Yoхlma oyunu
27 fevral
19.00 İrlandiya (U-19) - Azərbaycan (U-19) 2:0
Qollar: Ryan Manninq, 26-pen. Jak Hallahan, 33.
Sarı vərəqələr: Fiakre Kelleher, 33. Liam Kinsella, 60 - Renat Ağaverdiyev, 34; 76. Mahir Mədətov, 51. Emin Zamanov, 66. İlkin Sadıqov, 73; 78. Yusif Nəbiyev, 82.
Qırmızı vərəqələr: Renat Ağaverdiyev, 76. İlkin Sadıqov, 78.
Fanat.az