Millimiz Gürcüstanı 2 qolla uddu

Millimiz Gürcüstanı 2 qolla uddu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasında baş tutan oyunda millimizin rəqibi Gürcüstanın müvafiq yaş qrupuna aid komandası olub.

Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kristina Bakarandze və Nigar Cəlilli vurub.

Qeyd edək ki, iki komanda arasında fevralın 8-də daha bir oyun keçiriləcək. "Bakı"nın təlim-məşq bazasında baş tutacaq qarşılaşma saat 15.30-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər