Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Fanat.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.
Bu gün Bakı vaxtı ilə saat 20.00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
Fanat.az