2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışına daha bir futbolçu çağırılıb.
Fanat.az xəbər verir ki, baş məşqçi Nikolay Adam Almaniyanın "Rot-Veyss Essen" klubunun üzvü Sinan Özkaranı yığmaya dəvət edib.
Qeyd edək ki, 1996-cı ilin 17 fevralında anadan olan Sinan yarımmüdafiəçidi. O, Regional Liqada çıxış edən "Rot-Veyss Essen"in U-19 komandasının şərəfini qoruyur. Sinan Türkiyənin "Sivasspor" klubunda top qovan A millimizin üzvü Cihan Özkaranın qardaşıdı.
Fanat.az