Dünya futbolunun əfsanəsi Diyeqo Maradona ilə bağlı şok video yayılıb. ANS PRESS-in məlumatına görə, görüntülərdə Maradonanın sevgilisinə qarşı kobud davrandığı və onu döydüyü əks olunub.
Argentina mətbuatında yayılan görüntülərdə aydın sezmək olur ki, Maradona sevgilisi Rocio Olivaya telefonla oynamağa icazə vermir və onu döymək istəyir. Sevgilisinə yumruq atan Maradonaya Rocio Olivanın "bəsdir, məni döydün" deyə qışqırması da eşidilir.
Fanat.az