Türkiyənin PTT 1-ci liqasında VII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Samsunspor"un qonağı olub.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Cavid 31-ci dəqiqədə sarı vərəqə alıb. Futbolçumuz fasilədə Noyan Öz tərəfindən əvəzlənib.
"Samsunspor"un heyətində isə "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame meydana çıxıb. O, 90-cı dəqiqədə yerini Talha Mayhoşa verib.
Qeyd edək ki, matçı milli komandamıza başçılıq edən Mahmud Qurbanov da izləyib. O, Cavidin oyununa baxmaq üçün Türkiyəyə yollanmışdı.
Onu da qeyd edək ki, "Elazığspor" 7 turda 9 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az