Mahir Şükürovun şərəfini qoruduğu Türkiyə PTT I liqasının təmsilçisi "Karşıyaka" XXI tur çərçivəsində "Şanlıurfaspor"un qonağı olub. Fanat.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir bu oyunda iştirak etməyib. Milli komandamızın müdafiəçisi sarı vərəqə limiti dolduğuna görə, komandasına kömək edə bilməyib.
Fanat.az