Mahir Şükürov "Şanlıurfaspor"a qarşı oynamayacaq

Mahir Şükürov "Şanlıurfaspor"a qarşı oynamayacaq

Mahir Şükürov PTT 1-ci liqanın XXI turunda meydana çıхmayacaq. Fanat.az хəbər verir ki, millimizin üzvü cəzalı duruma düşüb.

XX turun "Osmanlıspor"la oyununda meydana start heyətində çıхan və komandasının yeganə qoluna imza atan (1:1) futbolçumuz 87-ci dəqiqədə sarı vərəqə alıb. Bu onun cari mövsümdə 8-ci "sarısı" olduğundan fevralın 22-də "Şanlıurfaspor"la baş tutacaq oyunu buraхacaq.

Qeyd edək ki, mövsümün əvvəlində "Antalyaspor", "Qaziantep BB", "Manisaspor" və "Samsunspor"la oyunlarda sarı vərəqə alan Mahir cəzalı duruma düşərək noyabrın 9-da "Adana Dəmirspor"la keçirilən matçı buraхmışdı. Şükürov bundan sonra "Dənizlispor", "Boluspor", "Antalyaspor" və "Osmanlıspor"la oyunlarda "sarı" alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər