Türkiyə PTT 1-ci liqasında XX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" da növbəti sınağına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Osmanlıspor"la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə oynayıb. "Karşıyaka"nın yeganə qolunu 5-ci dəqiqədə məhz Şükürov vurub.
Qeyd edək ki, "Karşıyaka" hazırda 30 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.az