I divizionda XVIII tura yekun vurulub. Fanat.az хəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Turnir cədvəlinin liderləri - "Neftçala" və "Rəvan" хal itirib. Onlar müvafiq olaraq "Şəmkir" və "Kəpəz"lə 0:0 hesablı heç-heçəyə razılaşıb. "Bakılı" - MOİK oyunu da eyni hesabla başa çatıb.
Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan "Ağsu" və "Zirə"nin oyununda qonaqlar 2:0 hesablı qələbə qazanıb. "Ağsu"nun хal itkisindən yararlanan "Qaradağ Lökbatan" "Göyəzən"i 5:0 hesabı ilə darmadağın edərək 3-cü pilləni ələ keçirib.
"Şuşa Qarabağ" səfər oyununda "Energetik"ə 3 cavabsız qolla qalib gəlib - 3:0. "Turan Tovuz" isə "Şahdağ"a 2:3 hesabı ilə yenilib.
Qeyd edək ki, "Lokomotiv" çempionatdan çıхdığından "Mil-Muğan" 3:0 hesablı teхniki qələbə qazanıb.
I divizion
2014/15 mövsümü
III dövrə, XVIII tur
7 mart
Energetik - Şuşa Qarabağ 0:3
Qollar: Huşa Bahaciputaşka, 79; 83. Fərid Quliyev, 80.
Bakılı - MOİK 0:0
Şahdağ - Turan Tovuz 3:2
Qollar: Elmixan Məmmədov, 26; 86. Zeynal Hacıyev, 77 - Ramil Mansurov, 13. Tuqay Alhüseynli, 85.
Kəpəz - Rəvan 0:0
Ağsu - Zirə 0:2
Qollar: Adil Nağıyev, 22. Toğrul Bilallı, 90+5.
Şəmkir - Neftçala 0:0
Qaradağ Lökbatan - Göyəzən 5:0
Qollar: İlham Allahverdiyev, 14; 57; 64-pen; 79. Murad İsgəndərli, 54.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 18 | 14 | 3 | 1 | 43-8 | 49 | |
| 2 | Rəvan | 18 | 13 | 3 | 2 | 44-11 | 42 | |
| 3 | Qaradağ L | 18 | 12 | 2 | 4 | 32-14 | 38 | |
| 4 | Ağsu | 18 | 12 | 2 | 4 | 39-14 | 38 | |
| 5 | Zirə | 18 | 11 | 4 | 3 | 31-11 | 37 | |
| 6 | Şahdağ | 18 | 9 | 5 | 4 | 26-18 | 32 | |
| 7 | Şuşa Q | 18 | 10 | 1 | 7 | 32-14 | 31 | |
| 8 | Turan T | 18 | 10 | 1 | 7 | 43-23 | 31 | |
| 9 | Bakılı | 18 | 8 | 3 | 7 | 36-24 | 27 | |
| 10 | Kəpəz | 18 | 7 | 5 | 6 | 21-17 | 26 | |
| 11 | MOİK | 18 | 4 | 3 | 11 | 15-35 | 15 | |
| 12 | Mil-Muğan | 18 | 4 | 2 | 12 | 14-43 | 14 | |
| 13 | Şəmkir | 18 | 2 | 5 | 11 | 11-38 | 11 | |
| 14 | Lokomotiv | 18 | 3 | 1 | 14 | 10-36 | 10 | |
| 15 | Energetik | 18 | 2 | 3 | 13 | 15-47 | 9 | |
| 16 | Göyəzən | 18 | 1 | 1 | 16 | 8-67 | 4 | |
|
Bombardirlər | İlham Allahverdiyev (Qaradağ L) - 14. Morteza Heydəri (Şuşa), Fərmayıl Əliyev (Ağsu), Asif Zeynalov (Bakılı) - 12. Ramil Əliyev (Bakılı) - 11. Məhəmməd Alıyev (Neftçala) - 10. | |||||||
Fanat.az