Xaricdə oynayan futbolçularımızın dəyəri müəyyənləşib. Fanat.az хəbər verir ki, transfer pəncərəsi bağlanandan sonra "Transfermarkt" futbolçuların qiymətlərini yeniləyib.
Xaricdə oynayan ən bahalı futbolçumuz Dmitri Nazarovdu. Almaniyanın II Bundesliqasında çıxış edən "Karlsruher"in formasını geyinən futbolçuya 650 min avro qiymət qoyulub.
İkinci pilləni Vaqif Cavadov tutur. "Qaziantep BB"dən "Boluspor"a keçən millinin hücumçusunun dəyəri 600 min avrodu.
"Elazığspor"da çıхış edən Cavid İmamverdiyev, "Kayserispor"a transfer olunan Kamran Ağayev, "Fortuna"da top qovan Tuğrul Erat və Foqtsun bir dəfə yığmaya dəvət etdiyi "Kalmar"ın oyunçusu Emin Nurinin isə 500 min avro qiyməti var.
| № | Futbolçu | Klubu | Dəyəri avro) |
| 1 | Dmitri Nazarov | Karlsruher | 650.000 |
| 2 | Vaqif Cavadov | Boluspor | 600.000 |
| 3 | Cavid İmamverdiyev | Elazığspor | 500.000 |
| 4 | Emin Nuri | Kalmar | 500.000 |
| 5 | Kamran Ağayev | Kayserispor | 500.000 |
| 6 | Tuğrul Erat | Fortuna | 500.000 |
| 7 | Mahir Şükürov | Karşıyaka | 400.000 |
| 8 | Rail Məlikov | Dənizlispor | 350.000 |
| 9 | Eddi İsrafilov | Qranada | 300.000 |
| 10 | Branimir Subaşiç | Manisaspor | 300.000 |
| 11 | Ufuk Budak | Qaziantep BB | 250.000 |
| 12 | Umut Sönməz | Qaziantep BB | 250.000 |
| 13 | Cəmşid Məhərrəmov | Adanaspor | 200.000 |
| 14 | Emil Balayev Ayntraxt | Frankfurt | 200.000 |
| 15 | Timur Təməltaş | Altınordu | 125.000 |
| 16 | Bilal Sezer | Borussiya M, II | 125.000 |
| 17 | Taşkın İlter | Ayntraxt B, II | 75.000 |
| 18 | Rüfət Dadaşov | Saarbrukken | 75.000 |
| 19 | Kiyan Soltanpur | Viktoriya | 75.000 |
| 20 | Elbəyi Quliyev | Ural II | 20.000 |
| 21 | Bayram Budaqov | Dnepr II | 20.000 |
Fanat.az