Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı

Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı
Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.
Fanat.Az xəbər verir ki, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.
II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.
Qeyd edək ki, boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər