Köpək balığı məhşur idmançını parçaladı

Köpək balığı məhşur idmançını parçaladı

Fevralın 9-da Avstraliyanın şərq sahilləri yaxınlığında köpək balığı yapon sörfçünü öldürüb. Fanat.az xəbər verir ki, hadisə Yeni Cənubi Uels ştatının Sidney şəhərindən 500 kilometr şimalda yerləşən məşhur Ballina çimərliyində baş verib. 

Dostları ilə birlikdə sörfinqlə məşğul olan 35 yaşlı yapon gözlənilmədən köpək balığının hücumuna məruz qalıb. Çimərlikdəkilərin ilk yardım göstərmək cəhdlərinə baxmayaraq, sörfçünün həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş faciədən sonra polis hadisə yerindən 15 kilometr məsafədə çimərlik boyunca üzməyi qadağan edib.//AzərTAc

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər