Kamran Ağayev Ufuk Budaka qarşı oynamadı

Kamran Ağayev Ufuk Budaka qarşı oynamadı

Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Ufuk Budakla Umut Sönmezin forma geyindiyi "Qaziantep BB"nin qonağı olub.

Oyun Kayseri təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran Ağayevin adı "18-liy"ə salınmayıb. Ufuk Budak 90, Umut Sönmez 53 dəqiqə oynayıb.

Qeyd edək ki, "Kayserispor" 19 turdan sonra 40 хalla turnir cədvəlinin 1-ci, "Qaziantep BB" 20 хalla 15-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər