Bu gün Türkiyə I Liqasında keçiriləcək "Bucaspor" - "Kayserispor" matçı ilə XXIII tura yekun vurulacaq.
Aut.az-ın əldə etdiyi özəl məlumata görə, "Kayserispor"da çıxış edən millimizin qolkiperi Kamran Ağayev bu matçın start heyətində olacaq. Qarşılaşma saat 21.00-da start götürəcək.
Qeyd edək ki, Ağayevin çempionatda debüt oyunu olacaq. Əlcək ustası Türkiyə kubokunun 1/8 final mərhələsində "Beşiktaş"la (1:0) matçda komandasında ilk oyununa çıxıb.
Fanat.az