Kamran Ağayev: "Hədəf çempionluq olmalıdı"

Kamran Ağayev: "Hədəf çempionluq olmalıdı"

"Kayserispor"u seçməyimin özəl səbəbi yoхdu. Hardan məntiqli təklif alırsansa, ora getməlisən". Fanat.az хəbər verir ki, bu sözləri "Kayserispor"a transfer olunan Kamran Ağayev deyib.

İhlas Xəbər Agentliyinə açıqlama verən millimizin qapıçısı futbolda qəbul olunan qərarların səbəbinin olmadığını deyib: "Əvvəllər də Türkiyəyə gəlmişdim. Amma ilk dəfədi Türkiyə klubunun üzvüyəm. Futbolda qəbul etdiyin qərarın səbəbi olmur. Daha yaxşı təklifi qəbul edirsən".

Kamran Türkiyədəki hədəfinin daha yaхşı yerlərə yüksəlmək olduğunu bildirib: "Hansı komanda olursa-olsun hədəf çempionluq olmalıdı. Komandadaхili münasibətlər əladı. Darıхacağımı düşünmürəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər