Kamran Ağayev ehtiyatda qaldı

Kamran Ağayev ehtiyatda qaldı
Türkiyə Kubokunun qrup mərhələsində son turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin yeni transfer olunduğu "Kayserispor" "Altınordu"nun qonağı olub.
Oyun Kayseri təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir neçə gün əvvəl "Kayserispor"a transfer olunan Kamran Ağayevin adı "18-liy"ə salınsa da, ehtiyatda qalıb.
"Kayserispor" qrup mərhələsini 11 хalla ikinci pillədə başa vurub və növbəti mərhələyə çıхıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər