Kamal Quliyev qol vurdu, veteranlar azarkeşlərə uduzdu

Kamal Quliyev qol vurdu, veteranlar azarkeşlərə uduzdu
Sumqayıtda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhərin veteran futbolçuları ilə "Sumqayıt"ın rəsmi fan-klubu "Gənclik-50" arasında yoldaşlıq görüşü keçirilib. Fanat.az xəbər verir ki, yeni kompleksdə baş tutan və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada azarkeş qrupu 7:6 hesabı ilə qələbə qazanıb. 
Görüşdə veteranlardan qolları Aqil Məmmədov, İsmayıl Məmmədov, Zakir Mahmudov, Kamal Quliyev və Elxan Orucov vurub. Fan-klubdan ibarət komandadan isə qoların müəllifi Ramil Həsənov (3), Tural Salmanov (2) və Sənan Mirzəyev (2) olub. Yoldaşlıq görüşünü Azad Mütəllimov, Akif Adıgözəlov və İqor Şpokovski idarə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər