Kamal Quliyev Polşa klubuna qarşı

Kamal Quliyev Polşa klubuna qarşı

Antalyada təlim-məşq toplanışında olan "Neftçala"nın növbəti rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, I divizion təmsilçisinin növbəti rəqibi Polşa klubu olacaq.

Belə ki, "Neftçala" "Yaqelloniya" ilə qarşılaşacaq. Sabah keçiriləcək oyun Bakı vaхtı ilə saat 12.00-da başlayacaq.

"Yaqelloniya" Polşa çempionatının güclülər dəstəsində - Ekstraklasada çıхış edir. Miçal Probyersin başçılıq etdiyi komanda qış fasiləsinə 5-ci pillədə yollanıb.

Qeyd edək ki, "Neftçala" bundan əvvəl Antalyada iki oyun keçirib. I divizionun lideri Almaniyanın "Viktoriya" klubunu 2:1, Türkiyənin "Manavqatspor" komandasını 5:0 hesabı ilə yenib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər