Topaz Premyer Liqasının XVIII turunun "Rəvan" - "Simurq" matçının ikinci hissəsində komandaların baş məşqçiləri arasında mübahisə yaranıb. Fanat.az xəbər verir ki,ö epizodların birində futbolçuların mübarizə zamanı yerdə qalması "Simurq"un baş məşqçisi Georgi Çixradzeni özündən çıxarıb və o, rəqib oyunçunu təhqir edib.
Buna isə dərhal onun "Rəvan"dakı həmkarı Şahin Diniyev reaksiya verib. O, "axı oyunçunu niyə söyürsən? O da qaydıb səni söysə, yaxşı olacaq" sualını verib.
Çıxradze Diniyevə oyunçularının sərt oynadığını da irad tutub. Amma əsəbləri sakitləşdikdən sonra məşqçilər bir-biri ilə görüşüb qucaqlaşıblar.
futbolinfo.az