Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXV tura yekun vurulub. Fanat.az хəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
"Neftçi" "İnter"i evdə 3:1, "Bakı" AZAL-ı səfərdə 1:0 hesabı ilə yenib. "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Xəzər Lənkəran" oyunlarında isə qalib müəyyənləşməyib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Simurq" bu turda istirahət edib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
III dövrə, XXV tur
7 mart
Neftçi - İnter 3:1
Qollar: Ömər Mehdizadə, 10; 24. Elvin Sərkərov, 80 - İlkin Sadıqov, 78.
AZAL - Bakı 0:1
Qol: Raul Yaqubzadə, 47.
Qəbələ - Sumqayıt 1:1
Qollar: Mirəli Məmmədzadə, 8 - Mikayıl Rəhimov, 31-pen.
Qarabağ - Xəzər Lənkəran 1:1
Qollar: Fərid Məmmədov, 90+1 - Zaman Mirzəyev, 73.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Simurq | 22 | 14 | 2 | 6 | 51:23 | 44 | |
| 2 | İnter | 22 | 12 | 4 | 6 | 54:30 | 40 | |
| 3 | Qəbələ | 23 | 11 | 6 | 6 | 36:30 | 39 | |
| 4 | Xəzər L | 22 | 10 | 4 | 8 | 29:35 | 34 | |
| 5 | Neftçi | 23 | 9 | 6 | 8 | 33:34 | 33 | |
| 6 | Qarabağ | 22 | 8 | 3 | 11 | 30:36 | 27 | |
| 7 | AZAL | 22 | 6 | 7 | 9 | 24:32 | 25 | |
| 8 | Bakı | 22 | 7 | 2 | 13 | 32:41 | 23 | |
| 9 | Sumqayıt | 22 | 3 | 6 | 13 | 27:55 | 15 | |
|
Bombardirlər | Oruc Balaşlı (Simurq) - 17. Cavid Muxtarzadə (Neftçi), Raul Yaqubzadə (Bakı) - 13. Mirsahib Abbasov (İnter) - 12. Fuad Məmmədzadə (Qarabağ), Mirabdulla Abbasov (Neftçi), Nicat Muxtarov (Simurq), İlkin Sadıqov (İnter) - 8. | |||||||
Fanat.az