İbrahim Uzunca "İnter"lə oyunla (0:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi yenidən hakimlərə səslənib:
“Çətinliklərimiz var. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə salır. Sadəcə, qol epizodlarında səhvlərimiz var. Gənc oyunçuların yetişməsində bizə hər kəs köməklik etsin. Mən demirəm ki, bizim komandaya yardım etsinlər. Sadəcə, penalti epizodunda bir qədər diqqətli olsunlar. Düşünürəm ki, “İnter”in bizi məğlub etməsi üçün penaltiyə ehtiyacı yoxdu. Biz əziyyət çəkirik. Ardıcıl məğlubiyyətlər futbolçularıma pis təsir edir. Soyunub-geyinmə otağında ağlayırlar”.
Fanat.az