İbrahim Şehiç: "Pula görə oynamırıq"

İbrahim Şehiç: "Pula görə oynamırıq"
"Dnepr" üzərindəki qələbə həm klubun, həm də Azərbaycan futbolunun tarixi uğurudur. Çünki bu, Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsində qazandığı ilk qələbə idi". Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
Sportsport.ba saytına açıqlama verən bosniyalı qapıçı daha da irəli getmək istədiklərini deyib: “Ötən mövsüm ölkə çempionu olduq. Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilmədik, amma Avroliqada qrupa düşdük. Biz bunu istədik, əziyyət çəkdik və Allah da bizə kömək oldu. İndi biz daha da irəli gedib, hər kəsə sürpriz etmək istəyirik. İnanırıq ki, qrup mərhələsində ən azı 2-ci yeri tutub, növbəti mərhələyə adlayacağıq”.
 
Şehiç komanda yoldaşlarının yalnız mükafata görə yaxşı oynamadığını deyib: "Ümumiyyətlə, “Qarabağ” ölkədə çox sevilir. Bizim pula görə oynadığımızı deyənlər yanılırlar. Düzdü, oyunlar üçün futbolçulara vəd edilən mükafatlar komandanı daha yaxşı motivasiya edir. Amma uğurumuzun səbəbi yalnız pul deyil. Bizi izləyən və dəstək verən Azərbaycan xalqı var. Əminəm ki, “Dnepr” üzərindəki qələbə pula görə deyil, azarkeşlərə görə qazanıldı. Hər bir futbolçumuz bu cür düşünür. Həmin gecə komandamız üçün xüsusi gecə idi”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər