İBA prezidenti Azərbaycana gəlir

İBA prezidenti Azərbaycana gəlir

Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək.

Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən verilən məlumata görə, IBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.

O, səfər zamanı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və ABF-in prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın məşqçiləri ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.

Qeyd edək ki, IBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər