Həmkarımıza vəzifə verildi: icraçı direktor oldu

Həmkarımıza vəzifə verildi: icraçı direktor oldu

Cari mövsümün əvvəlində gözlənilmədən Premyer Liqada iştirakdan imtina edən "Araz Naxçıvan" hazırda Naxçıvanın daxili birinciliyində çıxışını davam etdirir.

Muxtar respublika təmsilçisi yenə Premyer Liqada iştirakı hədəfləyib. Bir müddət əvvəl "Araz Naxçıvan"ın məşqlərə başlayıb, heyətini yenidən formalaşdırdığını xəbər vermişdik. Hər şey yolunda getsə, komanda I diviziona qatılacaq.

Fanat.az komanda.az-a istinadən xəbər verir ki, elitaya qayıtmağı hədəfləyən Naxçıvan klubunda yaxınlarda bir təyinat rəsmiləşib. Klubun icraçı direktoru postuna həmkarımız - Ceyhun Məmmədov gətirilib. O, "Araz Naxçıvan" Premyer Liqada çıxış edəndə klubun mətbuat xidmətinin rəhbəri idi. İndi isə Məmmədova icraçı direktor postu həvalə olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər