Gözünüz aydın: Millimiz Aruba və Filippini arxada qoydu

Gözünüz aydın: Millimiz Aruba və Filippini arxada qoydu

FİFA milli komandaların aylıq reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız 5 pillə irəliləyərək 131-ci pilləyə yüksəlib.

Ötən ayla müqayisədə aktivinə əlavə 7 bal yazdıran millimizin reytinqi 222-di.

Bu sıçrayış nəticəsində millimiz "dünya şöhrətli" Aruba, Qvineya Bissau, Filippin və maldiv adalarını arxada qoymağı bacarıb.

Komandamızın Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə gəlincə, yalnız Malta bizdən geridədi: 149 -cu pillə və 164 bal.

İtaliya yığması 1112 balla 12-ci pillədə qərarlaşıb. 19-cu yerdəki Xorvatiyanın 945 balı var. Norveç yığması 512 balla 69-cudu. Bolqarıstan skandinaviyalılardan 1 pillə arxada qərarlaşıb. Onların aktivində 506 bal var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər