FUTPROQNOZ-un qalibləri mükafatlandırıldı

FUTPROQNOZ-un qalibləri mükafatlandırıldı
 İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, "Kolizey İnşaat"ın sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə keçirilən "FUTPROQNOZ" yarışmasının qalibləri mükafatlandırılıb. Fanat.az xəbər verir ki, yarışmanın mükafatlandırma mərasimində futbol veteranları, klub rəsmiləri və media nümayəndələri iştirak edib.Tədbirin aparıcısı Sənan Şəfizadə açılış sözü üçün İAM-ın sədri Elşən Məmmədova dəvət edib. Birinci yerə çıxan Ağabala Ramazonuvun gənc olmasını qeyd edən həmkarımız bu proqnozun onun perspektivli olmasından xəbər verdiyini deyib. İAM sədri bu kimi halların gənclərin inkişafında rol oynadığını qeyd edib.Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. İlk olaraq qalib "Xəzər Lənkəran" klubunun futbolçusu Ağabala Ramazanovun hədiyyəsi təqdim edilib. Futbolçu üzürlü səbəbdən tədbirdə iştirak etməsə də, onu klub rəsmisi Ramil Cahangirov təmsil edib. Gənc futbolçuya "Kolizey İnşaat" tərəfindən qiymətli hədiyyə, medal və kubok verilib. Mükafatı veteran futbolçu Oqtay Abdullayev təqdim edib.

İkinci pillənin sahibi Əliyar Ağayevə hədiyyəsini 50 yaşını qeyd edən Nazim Süleymanov təqdim edib.  Zarafatından qalmayan Rusiya çempionu "bu yarışmada Əliyarın göstərdiyi nəticə bir daha sübut edir ki, hakimlərimiz oyunların nəticələrini əvvəlcədən bilirlər". 

Üçüncü yerin sahibi apasport saytının əməkdaşı Tahir Hümmətov da tədbirə işi ilə əlaqədar qatıla bilməyib.

Hədiyyələr təqdim edildikdən sonra Çempionlar Liqasının "pley-off" mərhələsinin başlaması münasibətilə qonaqlar arasında "Çempion" adlı yarışmanın püşkü atılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər