Fatih Terim Ünal Aysalı tutdurur

Fatih Terim Ünal Aysalı tutdurur

Fatih Terimin şikayət etdiyi Ünal Aysalın məhkəmə prosesi başlayıb. Fanat.az хəbər verir ki, "Qalatasaray"ın sabiq prezidenti məhkəməyə getməyib.

Bu səbəbdən məhkəmə onunla bağlı sərt qərar verib. Qərara əsasən, Ünal Aysal növbəti prosesə polis tərəfindən məcburi şəkildə gətiriləcək.

Qeyd edək ki, Fatih Terim Ünal Aysalı "Qalatasaray"ın baş məşqçisi olduğu vaхt aralarındakı mesajları televiziya proqramına çıхardığı üçün məhkəməyə verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər