Fariz Məmmədov TOP-10-da

Fariz Məmmədov TOP-10-da

Ümumdünya Boks Təşkilatı – WBO fevral ayı üçün növbəti reytinq siyahısını açıqlayıb. Fanat.az qol.az-a istinadən xəbər verir ki, TOP-10-da WBO versiyası üzrə Avropa kəmərinin qalibi Fariz Məmmədov da yer alıb. 

Azərbaycanlı boksçu orta yüngül çəki dərəcəsində (66.7 kq) əvvəlki mövqeyindən iki pillə geri düşsə də, ilk 10-luqda yerini qoruyub. Yanvarda 8-ci olan Məmmədov fevral ayı üçün reytinqdə 10-cu yeri tutur.

Bu çəki üzrə reytinq cədvəlinə amerikalı Timoti Bredli başçılıq edir. Meksikalı Xuan Manuel Markes 2-ci, daha bir amerikalı Brendon Rios isə 3-cü pillədədir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər