Əvəzedici heyətlər arasında ölkə birinciliyində II dövrəyə və 2013-cü ilə yekun vurulub. Fanat.az xəbər verir ki, XVIII turun oyunları eyni gündə baş tutub.
Lider "İnter" mövsümün üçüncü məğlubiyyətini alıb. "Bankirlər" səfərdə "Qarabağ"a uduzub - 1:3. "Neftçi" eyni hesabla AZAL-a qalib gəlib.
"Simurq" "Rəvan"a 1:2 hesabı ilə uduzsa da, ikinci pilləni əldən verməyib. "Qəbələ" eyni hesabla "Bakı"nı üstələyib. "Xəzər Lənkəran" isə "Sumqayıt"a divan tutub - 4:0.
Əvəzedici heyətlər
2013/14 mövsümü
II dövrə, XVIII tur
19 dekabr
Xəzər Lənkəran - Sumqayıt 4:0
Qollar: Anar Babazadə, 47; 58. Əli Əliyev, 52. Elvin Mirzəyev, 79.
Qarabağ - İnter 3:1
Qollar: Tural İsgəndərov, 39. Təmkin Xəlilzadə, 56. Bilal Abbaszadə, 60 - Mirsahib Abbasov, 88.
Qəbələ - Bakı 2:1
Qollar: Tellur Mütəllimov, 45. Ehtiram Şahverdiyev, 90+1 - Mahir Mədətov, 77.
AZAL - Neftçi 1:3
Qollar: Fariz Nəcəfov, 67 - Cavid Muxtarzadə, 47. Fəhmin Muradbəyli, 55. Mirabdulla Abbasov, 81.
Rəvan - Simurq 2:1
Qollar: Aslan Hüseynov, 10. Vüsal Qarayev, 58 - Asim Babazadə, 65.
| 1 | İnter | 18 | 14 | 1 | 3 | 56-24 | 43 |
| 2 | Simurq | 18 | 9 | 5 | 4 | 34-21 | 32 |
| 3 | Qəbələ | 18 | 10 | 2 | 6 | 29-25 | 32 |
| 4 | Xəzər L | 18 | 9 | 3 | 6 | 37-25 | 30 |
| 5 | Neftçi | 18 | 8 | 5 | 5 | 32-32 | 29 |
| 6 | Rəvan | 18 | 5 | 7 | 6 | 30-30 | 22 |
| 7 | Qarabağ | 18 | 6 | 3 | 9 | 24-30 | 21 |
| 8 | Bakı | 18 | 4 | 7 | 7 | 27-34 | 19 |
| 9 | Sumqayıt | 18 | 3 | 3 | 12 | 21-45 | 12 |
| 10 | AZAL | 18 | 2 | 4 | 12 | 21-45 | 10 |
Bombardirlər: Oruc Balaşlı (Simurq) - 14. Mirsahib Abbasov (İnter), Ramil Mansurov (İnter) - 13. Cavid Muxtarzadə (Neftçi) - 12. Nurxan Mənsimzadə (İnter) - 11.
Fanat.az