Erat oynamadı, komandası uduzdu

Erat oynamadı, komandası uduzdu

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat hesabat turunda Düsseldorf "Fortuna"sının heyətində forma geyinmək şansı qazanmayıb.

Yarımmüdafiəçinin komandası "Nurnberq"lə qarşlaşıb. Görüş meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, "Fortuna" hazırda 32 xalla turnir cədvəlinin 7-ci pilləsində  qərarlaşıb.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər