İki dəfə şüvüllə tullanma üzrə Olimpiya çempionu olan rusiyalı qadın atlet Yelena İsinbayeva professional idmandan gedəcəyini açıqlayıb.
Qaynar.info-nun məlumatına görə, İsinbayeva Moskvada keçiriləcək Dünya Atletizm Çempionatından sonra idmanı birdəfəlik tərk edəcəyini deyib.
"Karyerama dünya çempionatından tamamilə sona çatacaq. Bu mənim üçün bir nostalgiya olacaq və mənim bundan zövq almağım lazımdır. Necə bir idmançı olmağımı göstərməyə çalışacağam. Azarkeşlərdən dəstək istəyirəm. Mənim sizin enerji və inancınızı hiss etməyim üçün əlinizdən nə gəlirsə edin. Oturmayın və susmayın" deyə idmançı bildirib.
Qeyd edək ki, İsinbayeva şüvüllə tullanmada 18 dünya rekorduna sahibdir.
İdman24.az