Premyer Liqanın ikinci dövrəsinə yekun vurulub. Fanat.az xəbər verir ki, ilk iki dövrənin ən intizamsız futbolçusu Aleksandr Şemonayev olub.
AZAL-ın üzvü 18 turda 8 dəfə sarı vərəqə ilə cəzalanıb. Araz Abdullayev, Erik Ramos, Brüs Abdulaye və Baçana Tsxadadze 7 dəfə cəzalanıb. Daha 11 futbolçu isə 6 sarı vərəqə alıb.
| Futbolçu | Klubu | Sarı |
| Aleksandr Şemonayev | AZAL | 8 |
| Araz Abdullayev | Neftçi | 7 |
| Erik Ramos | Neftçi | 7 |
| Brüs Abdulaye | Qəbələ | 7 |
| Baçana Tsxadadze | İnter | 7 |
| Riçard Almeyda | Qarabağ | 6 |
| Lorenzo Ebesilio | Qəbələ | 6 |
| Karlos Kardoso | Neftçi | 6 |
| Rəşad Eyyubov | Simurq | 6 |
| Etto | Bakı | 6 |
| Aylton | AZAL | 6 |
| Oskar Klava | AZAL | 6 |
| Samuel Barlay | AZAL | 6 |
| Mişel Balokoq | Rəvan | 6 |
| Slavik Alxasov | Sumqayıt | 6 |
| Pərdis Fərcad-Azad | Sumqayıt | 6 |
Fanat.az