Çempionatımızın əvəzedilməzləri: onlara güvənirlər

Çempionatımızın əvəzedilməzləri: onlara güvənirlər
Topaz Premyer Liqanın I dövrəsi başa çatıb. Arxada qalan 9 turda 43 oyun baş tutub. III turun AZAL - "Neftçi" və "Araz Naxçıvan" - "Qarabağ" qarşılaşmaları təxirə salınıb.
Fanat.az xəbər verir ki, 9 turda 45 futbolçu bütün oyunların iştirakçısı olub. Onlardan 29-unun komandası 9 oyun keçirib və bu oyunçular bütün matçların iştirakçısı olub. Qalan 16 nəfərin forma geyindiyi komandalar 4 oyuna çıxıb (Qarabağ, Neftçi, Araz Naxçıvan, AZAL) və onlar bu qarşılaşmalarda forma geyinib.
12 futbolçu komandası üçün əvəzedilməz olub. Onlardan 8-i Səlahət Ağayev, Arif Daşdəmirov, Ruslan Poladov, Məhəmməd Qurbanov, Vanderson Skarduelli, Rauf Əliyev, Aqil Məmmədov və Mario Lukas Horvat 9 oyunun hamısında 90 dəqiqə meydanda olub. Bu isə həmin futbolçuların ümumilikdə 810 dəqiqə forma geyinməsi deməkdi.
Qalan 4 nəfərin - Məqsəd İsayev, Admir Teli, Laşa Kasradze və Kamal Bayramovun komandaları 8 oyun keçirsə də, özləri ilk dəqiqədən sonadək meydanda olaraq 720 dəqiqə oynayıblar.
9 oyunda meydana çıxıb ən az oynayan futbolçu Nizami Hacıyevdi. "İnter"in üzvü cəmi 495 dəqiqə meydanda olub (orta hesabla hər oyunda 55 dəqiqə). 8 oyunda meydana çıxıb ən az oynayan Samir Məsimov isə 285 dəqiqə forma şansı qazanıb (orta hesabla hər oyunda 35,6 dəqiqə). 

Futbolçu (klub)

O

Dəq

Futbolçu (klub)

O

Dəq

Səlahət Ağayev (İnter)

9

810

*Ruslan Zubkov (Araz)

8

711

Arif Daşdəmirov (İnter)

9

810

Tərzin Cahangirov(Sumqayıt)

9

690

Ruslan Poladov (Sumqayıt)

9

810

*Mirhüseyn Seyidov (Neftçi)

8

679

M.Qurbanov(Sumqayıt)

9

810

*Bəxtiyar Soltanov (Araz)

8

673

Vanderson Skarduelli (Xəzər)

9

810

Pavol Farkaş (Qəbələ)

9

670

Rauf Əliyev (Xəzər)

9

810

Samir Zərgərov (Simurq)

9

661

Aqil Məmmədov (Bakı)

9

810

Stepan Polyak (Simurq)

9

650

Mario Lukas Horvat (Bakı)

9

810

*Rəşad Abdullayev (AZAL)

8

642

Laşa Salukvadze (İnter)

9

809

*David Canalidze (Araz N)

8

630

Cavid Hüseynov (Qəbələ)

9

806

Tural Qürbətov (Bakı)

9

606

Nurlan Novruzov (Bakı)

9

802

Əziz Quliyev (Bakı)

9

603

Tural Axundov (Simurq)

9

786

*Kərim Diniyev (AZAL)

8

595

Nodar Məmmədov (Sumqayıt)

9

783

Baçana Tsxadadze (İnter)

9

595

Rəşad Eyyubov (Simurq)

9

781

Qalin İvanov (Xəzər)

9

576

Aleksandr Amisulaşvili (İnter)

9

751

Viktor Mendi (Qəbələ)

9

567

Benjamin Lambot (Simurq)

9

747

*Reynaldo Silva (Qarabağ)

8

543

Slavik Alxasov (Sumqayıt)

9

738

*Luis Ramos (AZAL)

8

540

Rahid Əmirquliyev (Xəzər)

9

720

*Cavid Tağıyev (Qarabağ)

8

527

*Məqsəd İsayev (Neftçi)

8

720

Nizami Hacıyev (İnter)

9

495

*Admir Teli (Qarabağ)

8

720

*Riçard Almeyda (Qarabağ)

8

448

*Laşa Kasradze (AZAL)

8

720

*Viktor İbekoyi (AZAL)

8

310

*Kamal Bayramov (Araz)

8

720

*Samir Məsimov (Neftçi)

8

285

Nuran Qurbanov (Bakı)

9

714

 

 

 

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər