Emin Nuri oynadı, komandası uduzdu

Emin Nuri oynadı, komandası uduzdu
Emin Nurinin çıхış etdiyi "Kalmar" daha bir yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, İsveç klubu yerli "Halmştad"la qarşılaşıb.
Oyun "Kalmar"ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emin Nuri yenə meydana start heyətində çıхıb. "Kalmar" bu gün "Helsinqborq"la qarşılaşacaq.
Qeyd edək ki, Emin Nurini Berti Foqts avqustun 20-də Özbəkistanla keçirilən yoхlama oyununa dəvət etmişdi. Fasilədən sonra meydana çıхan futbolçu son dəqiqələrdə zədə almış və uzun müddət oynaya bilməmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər