Elnur Məmmədov: "Saxlanılanlar fan-klub üzvü deyillər"

Elnur Məmmədov: "Saxlanılanlar fan-klub üzvü deyillər"

"Topaz Premyer Liqasının XXIII turu çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" qarşılaşmasından sonra baş verən dava-dalaş nəticəsində fan-klublarımızın heç bir üzvü həbs olunmayıb". Bunu Fanat.az-a verdiyi açıqlamada "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov bildirib. 

Klub rəsmisi dünənki hadisədən sonra fan-klub rəhbərlərinin hər biri ilə dəqiqləşdirmələr apardıqlarını da söyləyib.

Məmmədov hələ dünən axşam saatlarında fan-klub rəhbərlərindən üzvlərinin polis bölməsinə aparılıb-aparılmaması ilə bağlı məlumat aldıqlarını söylədi: "Bütün fan-klublarımızın rəhbərləri heç bir üzvlərinin polis bölməsinə aparılmadığını söylədilər. Yalnız bundan sonra stadionu tərk etdik. Bu gün səhər saatlarında yenidən Rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq, dəqiqləşdirmə apardıq və bizə "Neftçi" azarkeşlərindən heç kimin saxlanılmadığını söylədilər".

Klub rəsmisi 9 şəxsin saxlanılması barədə yenicə xəbər tutduqlarını bildirməklə yanaşı, klub azarkeşlərinə də səsləndi: "Konkret kimlərin saxlanıldığını indidən deyə bilmərəm. Ola bilər ki, bu, heç bir fan-klub üzvü olmayan fanatlarımızdı. Ancaq fan-klub üzvü olmasalar belə, biz onlara sahib duracağıq. Əgər törətdikləri əməldə heç bir cinayət tərkibi yoxdursa, əlimizdən gələn köməyi əsirgəməyəcəyik. "Neftçi" olaraq, hər bir azarkeşimizi müdafiə etməyə hazırıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər