Əhmədovdan 6, Uzuncadan 2 dəyişiklik

Əhmədovdan 6, Uzuncadan 2 dəyişiklik

Topaz Premyer Liqasının IX turunda AZAL-la "Bakı" qarşılaşır. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi ötən turla müqayisədə heyətdə dəyişikliklər edib.

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov 6 dəyişikliyə əl atıb. Ötən tur start heyətində yer almayan Stanislav Namaşko, Orxan Lalayev, Novruz Məmmədov, Viktor İbekoyi, Təmkin Xəlilzadə və Tomi Kostadinov ilk dəqiqələrdən meydana çıxıb. Əvəzində Ruslan Məcidov, Oskar Klava, Eltun Yaqublu, Kərim Diniyev, Konseysao Eduardo və Con Kordoba ehtiyatda qalıb. 

"Bakı"nın baş məşqçisi İbrahim Uzunca isə iki dəyişiklik etməli olub. Türk mütəxəssis "Xəzər Lənkəran"la matçda qırmızı vərəqə alan Elşad Manafov kənarda saxlamalı olub. Ondan başqa Eltun Hüseynov da heyətə düşməyib. Əvəzində Nuran Qurbanovla debüt matçına çıxan Jaba start heyətində yer alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər