Eddi İsrafilovun komandası qələbə qazandı

Eddi İsrafilovun komandası qələbə qazandı

İspaniya La Liqasında XXVI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Eddi İsrafilovun çıxış etdiyi "Qranada" növbəti matçına çıxıb.

Sözügedən komanda doğma arenada “Malaqa” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilovun adı yenə matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Qranada” hazırda 22 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər