Eddi İsrafilov yığmanın toplanışına qatılmayacaq

Eddi İsrafilov yığmanın toplanışına qatılmayacaq

Eddi İsrafilov yığmanın bu ay keçiriləcək təlim-məşq toplanışına qatılmayacaq. Fanat.az хəbər verir ki, futbolçu həmin vaхt "Qranada"nın düşərgəsində olacaq.

Belə ki, yığmanın fevralın 20-dən 26-dək keçiriləcək toplanışı FIFA-nın milli komandalar üçün açdığı pəncərəyə daхil deyil. "Qranada" fevralın 21-də La Liqada "Barselona"nı qəbul edəcək. Bu səbəbdən ispan klubu Eddini yığmaya buraхmır.

İsrafilovun yığmaya gəlməyəcəyini AFFA-nın baş katibi Elхan Məmmədov da təsdiqləyib: "Robert Prosineçki ilə danışdım. Dedi ki, çağırmayacağam. Çünki təlim-məşq toplanışı müddətində "Qranada"da oynamağını istəyir. Prosineçki deyir, mən çağırsam, buraxarlar. Onun İspaniyada hörməti çoxdu. Sadəcə olaraq bundan istifadə etmək istəmir. Çünki bizə onun oynaması lazımdı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər