İspaniya çempionatında XXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Bu komanda "Vilyarreal"la qarşılaşıb. Oyun "Qranada"nın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddi qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 18 xalla 19-cu pillədə qərarlaşıb.
Fanat.az