Draqan Çeran 20-yə çatdı

Draqan Çeran 20-yə çatdı

“Simurq”un futbolçusu Draqan Çeran Topaz Premyer Liqasının XXI turunun “Qəbələ” ilə oyununda rəqib qapısına 2 dəfə yol tapmaqla, Azərbaycan çempionatlarındakı qol hesabını 20-yə çatdırıb. Fanat.az xəbər verir ki, onun penaltidən vurduğu ikinci top yubiley xarakteri daşıyıb. 

28 yaşlı serbiyalı hücumçu “Simurq”un tarixində milli çempionatlarda 20 və daha çox qol vuran 2-ci oyunçu olub. Çeran bu göstəricidə yalnız ukraynalı Vladimir Mazyardan geri qalır. Ötəm mövsüm 31 qarşılaşmada 11 dəfə fərqlənən balkanlı cari çempionatın 15 matçında 9 qolun sevincini yaşayıb.

Qeyd edək ki, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Simurq”un heyətində 7 futbolçu 10 və daha çox qol vurub.

№

Futbolçu

qol

oyun

1

Vladimir Mazyar

28

51

2

Draqan Çeran

20

46

3

Elşən Məmmədov

13

51

4

David Bolkvadze

12

66

5

Rəşad Eyyubov

12

67

6

Ramin Nəsibov

11

61

7

Stepan Polyak

11

79

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər