Almaniya çempionatının cənub regional liqasında 22-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Saarbryukken" növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda "Baunatal"la qarşılaşıb. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsilə başa çatıb. Rüfət matçın 73-cü dəqiqəsində, hesab 3:0 olarkən çıxıb.
Qeyd edək ki, "Saarbryukken" hazırda 46 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.az