DÇ-2022 qışda keçiriləcək

DÇ-2022 qışda keçiriləcək

2022-ci ildə Qətərdə düzənlənəcək dünya çempionatının keçirilmə vaxtı uzun müddət müzakirə olundu. Yayda Asiya ölkəsində havaların isti olması üzündən turnirin qışda keçirilməsini istəyənlər çox idi.

 

Fanat.az xəbər verir ki, FIFA Qətər hökuməti ilə mundialın 2022-ci ilin noyabr və dekabr aylarında keçirilməsi məsələsində razılığa gəlib.

 

Ali qurumun İcraiyyə Komitəsinin marta baş tutacaq iclasında bu qərarın təsdiqlənəcəyi gözlənilir.

 

Belə olan halda, futbolçuların DÇ-2022-də iştirak etməsi üçün Avropanın aparıcı çempionatlarında böyük fasilə yaranacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər