Con Toşak: "Çalışacağıq sürprizə imza ataq"

Con Toşak: "Çalışacağıq sürprizə imza ataq"
"Xəzər Lənkəran" Futbol Klubunun baş məşqçisi Con Benjamin Toşak "Xəzər Lənkəran" - "Makkabi" (Hayfa) oyunu öncəsi mətbuat konfransında aşağıdakı fikirləri bildirib:
 
"Özümüz işimizi çətinə salmışıq. Ümumiyyətlə, "Makkabi" çox güclü rəqibdir. Biz bunu oyundan öncə də bilirdik və 90 dəqiqə ərzində onların üstün cəhətlərini bir daha gördük. Matçın qırılma nöqtəsi 50-60-cı dəqiqələr arasında oldu. Əlimizə düşən real qol şanslarından yararlana bilmədik. Az sonra isə qapımızda kobud səhv sonrası ikinci qolu gördük. İkinci qol isə bizim üçün "soyuq duş" rolunu oynadı. Bununla belə, ümidimiz qətiyyən azalmayıb. Əgər bu gün biz Avropa Liqasında mübarizə aparırıqsa, əlimizə yanımıza salmamalı, irəli boylanmalıyıq. Çalışacağıq sürprizə imza ataq".
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər