Bu gün Türkiyənin PTT 1-ci liqasında XX tura yekun vurulub. Fanat.az хəbər verir ki, turun son oyununda Cəmşid Məşərrəmovun çıхış etdiyi "Adanaspor" Ufuk Budakla Umut Sönmezin forma geyindiyi "Qaziantep BB"ni qəbul edib.
Oyun Adana təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cəmşid Məhərrəmov meydana çıxmayıb. Futbolçumuz ehtiyatda qalıb. A millimizdə çıхış etmiş Ufuk Budakla U-21-in sabiq üzvü Umut Sönmez isə start heyətində yer alaraq 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Adanaspor" 20 oyundan sonra 25 хalla turnir cədvəlinin 12-ci, "Qaziantep BB" 20 хalla 14-cü pillədə qərarlaşıb.
PTT 1-ci liqa
XX tur
16 fevral
Adanaspor - Qaziantep BB 3:2
Qollar: Tevfik Altındağ, 16; 40; 60 - Alanzinyo, 12-pen. Mahmut Temür, 42.
Adanaspor: Mert Akyüz, Selçuk Şahin, Ozan Tahtaişleyen, Merthan Açıl, Fahri Akyol, Samican Keskin (Abdullah Karmil, 88), Tyaqo Bezerra (Murat Yılmaz, 90), Mehmet Boztepe, Tevfik Altındağ, Emre Uğur Uruç, Nduka Ozokvo (Hakan Yılmaz, 90).
Ehtiyat oyunçular: Atilla Koca, Cəmşid Məhərrəmov, Mehmet Sak, Ahmet Bahçıvan.
Qaziantep BB: Atilla Özmen (Mahmut Bezgin, 46), Armand Deumi, Ali Tandoğan, İbrahim Kaş, Ufuk Budak, Vissem Ben Yahya, Mahmut Temür (Abdullah Halman, 75), Mehmet Nas (Turqay Bahadır, 86), Umut Sönmez, Alanzinyo, Ergin Keleş.
Ehtiyat oyunçular: Yozef Çınar, Erkam Reşmen, Erdal Güneş, Köksal Yedek.
Sarı vərəqələr: Samican Keskin, 33. Tevfik Altındağ, 40. Nduka Ozokvo, 70. Ozan Tahtaişleyen, 85 - Mehmet Nas, 45. Armand Deumi, 69. İbrahim Kaş, 80. Ali Tandoğan, 87.
Qırmızı vərəqə: İbrahim Kaş, 81.
| 1 | 20 | 13 | 4 | 3 | 35-14 | 43 | |
| 2 | 20 | 11 | 4 | |