Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cəmşid Məhərrəmovun çıхış etdiyi "Adanaspor" "Orduspor"un qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. "Adanaspor"un baş məşqçisi Güvənc Kurtar Cəmşidə yenə start heyətində şans verməyib. Futbolçumuz ötən turda olduğu kimi yenə ehtiyatda qalsa da, 38-ci dəqiqədə meydana çıxıb. Məhərrəmov zədələnən Fahri Akyolu əvəzləyib. O, 47-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Adanaspor" 19 turdan sonra 22 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Türkiyə
PTT 1-ci liqa
XIX tur
7 fevral
Orduspor - Adanaspor 0:0
Adanaspor: Mert Akyüz, Selçuk Şahin, Yiğitcan Gölboyu, Merthan Açıl, Fahri Akyol (Cəmşid Məhərrəmov, 38), Samican Keskin (Murat Yılmaz, 89), Tyaqo Bezerra, Mehmet Boztepe, Tevfik Altındağ, Emre Uğur Uruç, Nduka Ozokvo (Ahmet Dereli, 66).
Ehtiyat oyunçular: Atilla Koca, Abdullah Karmil, Ozan Tahtaişleyen, Hakan Yılmaz.
Sarı vərəqələr: Kaptan Kaan Akgün, 70. Murat Torun, 75. Burak Demireğen, 78. Özgen Erdem, 90 - Yiğitcan Gölboyu, 40. Cəmşid Məhərrəmov, 47. Mert Akyüz, 69. Tevfik Altındağ, 73.
Fanat.az