Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" PTT 1-ci liqanın VII turunda "Samsunspor"la qarşılaşıb və 1:1 hesablı heç-heçəyə razılaşıb. Fanat.az xəbər verir ki, hesab açılarkən İmamverdiyev və komanda yoldaşları əsgər salamı veriblər.
Onlar bununla ötən gün Hakkaridə silahlı hücum zamanı şəhid olan 3 türk əsgərini anıblar.
Qeyd edək ki, Cavid meydana start heyətində çıxıb. Futbolçumuz fasilədə əvəzlənib. Matçı milli komandamıza rəhbərlik edən Mahmud Qurbanov da izləyib.
Fanat.az