Türkiyənin PTT 1-ci liqasında XX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Şanlıurfaspor"u qəbul edib.
Matç 1:1 hesabıyla başa çatıb. Cavid İmamverdiyevin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Futbolçumuzun adı ötən tur "Karşıyaka" ilə baş tutan oyunda da "18-liy"ə salınmamışdı.
Qeyd edək ki, "Elazığspor" 20 turdan sonra 24 xalla 11-ci pillədə qərarlaşıb.
Fanat.az